Azərbaycanda qohumla biznes qurmaq olarmı? - Video | Banco.az

Azərbaycanda qohumla biznes qurmaq olarmı? - Video

“Yeni biznesinizin ilkin mərhələsində yaxın dost, qohumlarla əməkdaşlıq etmək çox faydalı olacaq”.

Bu sözləri “Mutfakçı Mobilya” şirkətinin rəhbəri İlkin Manafov özünün “YouTube” platforması üzərindən deyib.

İlkin Manafov bildirib ki, yeni biznesə başlayan zaman professional işçi götürmək üçün maddi və mənəvi gücünüz olmaya bilər: “İşə yeni başladığınızdan dolayı maddi tərəfdən yaxşı işçiyə pul vermək mümkün olmayacaq. Mənəvi cəhətdən isə sizin o qədər rəhbərlik təcrübəniz yoxdur ki, professional işçini işlədə biləsiniz”, - deyə biznesmen deyib.

“Biznesdə hər şey addım-addım baş verir. Peşəkar kadrı işlətmək üçün də sizin özünüz professional olmalısınız”, - deyə İlkin Manafov sözlərinə əlavə edib.

Biznemen tövsiyə edib ki, yeni biznesə başlayanların şəriki fərqli sektorlarda olan insanlar olmalıdır: “Məsələn, əgər siz marketoloqsunuzsa sizin şərikiniz maliyyəçi, ya da tərsinə, siz maliyyəçisinizsə, sizin şərikiniz marketoloq olmalıdır. Sizin şərikiniz sizin mənfi cəhətlərinizi doldurmalıdır”.

Ən sərfəli kredit üçün müraciət et

İlkin Manafovun sözlərinə görə, biznesdə iki qohumla biznes qurmaq olmaz:“Biznesə qohumla qohumsuz başlamağın fərqi yoxdur. Əsas məntiq ondan ibarətdir ki, biznesdə emosional yanaşmaya yer yoxdur. Biznesdə qohumluqdan çox, rasional düşüncəyə üstünlük vermək lazımdır. Sevgi münasibətləri olan şəxslərlə biznes qurmaq doğru deyil. Çox vacibdir ki, siz həyat yoldaşınızın qohumları ilə biznes qurmayasınız. Sevdiyiniz insan sizin biznesdə olmasın”.

Şirkətin rəhbəri xatırladıb ki, biznesdə məhz yuxarıda adlarını çəkdiyim iki tabu var: “Bu hallar istisna olmaqla, digər qohumlarla rasional soyuq başla biznes qurmaq olar. Kiminlə biznes qurmaq, nə biznes quracağınız qədər vacibdir. Bu sual haqqında düşünməyə dəyər. Düşünməkdən də çox hərəkət etmək lazımdır”.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et