Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər ediləcək | Banco.az

Azərbaycanda qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlər ediləcək

Xüsusi karantin rejimində iqtisadi aktivliyin azalması şəraitində investisiya şirkətlərinin qiymətli kağızlarla əməliyyatlarının həcminin azalması müşahidə edilməkdədir. Emitentlər tərəfindən planlaşdırılan istiqraz emissiyaları təxirə salınır, idarəetmədə olan müştəri portfellərinin həcmi kiçilir. Bu kapital bazarı iştirakçılarının maliyyə göstəricilərinə, xüsusilə gəlirliyinə mənfi təsir göstərir.

Yaranmış vəziyyətin kapital bazarı vasitəçilərinə, emitentlərə və investorlara təsirinin azaldılması və əlavə stimulların verilməsi məqsədilə qiymətli kağızlar bazarında beynəlxalq standartları müəyyən edən Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) tövsiyələri də nəzərə alınmaqla Mərkəzi Bank tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

1. Qiymətli kağızlar bazarı iştirakçılarına requlyativ tətillərin verilməsi

  • İnvestisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə, Mərkəzi Bank tərəfindən müvafiq təsir tədbirlərinin görülməsinin 01 yanvar 2021-ci tarixinədək təxirə salınması;
  • İnvestisiya şirkəti və fond birjası tərəfindən illik audit olunmuş maliyyə hesabatlarının Mərkəzi Banka təqdim olunmasının və ictimaiyyətə açıqlanmasının 30 sentyabr 2020-ci il tarixinədək uzadılması;
  • Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən ictimaiyyətə açıqlanan illik və yarımillik hesabatların açıqlanmasının 1 (bir) ay müddətinə uzadılması;
  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin (investisiya şirkəti, fond birjası) fəaliyyətinin yoxlanılmasının 30 sentyabr 2020-ci ilədək təxirə salınması. 

2. Qiymətli kağızlar bazarı iştirakçılarına güzəştlərin verilməsi

Ən sərfəli kredit üçün müraciət et

  • Fond birjasında səhmlərin və istiqrazların təkrar bazarında bağlanan əqdlərin habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mərkəzinə ödənilən tariflərin 30 sentyabr 2020-ci il tarixinədək ləğv edilməsi;
  • Bakı Fond Birjasında 01 aprel 2020-ci il tarixindən 01 yanvar 2021-ci il tarixinədək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tariflərinin ləğv edilməsi;
  • Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları və ipoteka istiqrazları ilə bağlanan təkrar bazar əqdləri üzrə hesablaşmaların 30 sentyabr 2020-ci il tarixinədək “T+1” rejimindən “T+0” rejiminə keçirilməsi;
  • Qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi zamanı Bakı Fond Birjası tərəfindən tələb olunan sənədlərin dairəsinin 01 yanvar 2021-ci il tarixinədək minimallaşdırılması (yalnız qiymətli kağızların dövlət reyestrindən çıxarış və emissiya prospekti tələb olunmaqla).

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et