Azərbaycanda növbəti devalvasiya üçün şərtlər açıqlanıb | Banco.az

Azərbaycanda növbəti devalvasiya üçün şərtlər açıqlanıb

"Azərbaycan növbəti devalvasiya barədə dünya bazarında neftin 1 barelinin qiyməti 40 ABŞ dollarından aşağı düşdükdən sonra danışmaq olar. Amma bu, o demək deyil ki, qiymət 39 dollar olan kimi milli valyutanın ucuzlaşdırılmasına başlanılacaq".

Bunu Azərbaycan Mərkəzi Bankındakı (AMB) mənbə deyib.

"Azərbaycanda milli valyutanın məzənnəsi 9 aydan çoxdur ki, sabitləşib. Əhalinin və biznesin manata inamı çətinliklə də olsa, bərpa edilib, ölkədə dollarlaşma zəifləyib, bank sistemində sabitlik yaranıb, vaxtı keçmiş kreditlər azalmağa başlayıb. Odur ki, AMB bacardıqca dolların məzənnəsini sabit saxlamağa çalışacaq, neftin qiyməti 30-40 dollar arasında dəyişsə belə, bir müddət gözləmə mövqeyi tutacaq. Çünki, məzənnə kifayət qədər həssas məsələdir və manatın cüzi ucuzlaşması belə ölkədə psixoloji gərginlik yarada, iqtisadi sabitliyə mənfi təsir edə bilər. Yalnız Azərbaycan nefti uzun müddət ucuz satılarsa, ölkənin tədiyyə balansında mənfi saldo yaranarsa, bu halda devalvasiya qaçılmaz ola bilər", - deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

"Hazırda AMB-nin valyuta ehtiyatları 5,5 milyard dollar civarındadır. Qurum bu rəqəmin 5 milyard dollardan az olmasında maraqlı deyil, yəni, həmin məbləğ "qırmızı xətt" hesab olunur. Amma iqtisadi sabitlik naminə valyuta ehtiyatlarının 4 milyard dollara düşməsi ilə barışmaq olar", - deyə mənbə fikrini tamamlayıb.

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et