Azərbaycanda nağdsız ödənişlər 33% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda nağdsız ödənişlər 33% artıb

Ötən il Azərbaycanda POS-terminallar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 527 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 131 mln. manat və ya 33,1% çoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Hesabata əsasən, ATM-lər vasitəsi nağdsız ödənişlərin həcmi 329 mln. manata çatıb və illik müqayisədə bu göstərici 9 mln. manat və ya 2,7% azalıb.

Beləliklə, 2016-cı il ərzində bankomat və POS-terminallar vasitəsilə nağdsız ödənişlərin ümumi həcmi illik müqayisədə 122 mln. manat və ya 16,6% artaraq 856 mln. manata çatıb.

Mənbə: Report.az