Azərbaycanda mobil rabitə sektorunun gəliri artıb | Banco.az

Azərbaycanda mobil rabitə sektorunun gəliri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 658,9 mln. manat təşkil edib. Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,7 faizini təşkil edib.

Komitədən həmçinin bildirilib ki, bu ilin 9 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1.580,3 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,6 faizi əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,4 faiz artıb. Bu sahədə əldə olunan gəlirin 83,1 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et