Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılır | Banco.az

Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılır

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə maliyyə bazarlarının mövcud vəziyyəti, gələcəkdə yarana biləcək təhdidlər və bank sektorunun maliyyə dayanıqlığı, eləcə də yaxın və orta perspektivdə atılacaq addımlar daxil edilib.

İclasın davamında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xarici valyutada verilən istehlak kreditlərinə dair tətbiq edilmiş məhdudiyyətlə bağlı bazarın təhlili müzakirə edilib, makroprudensial siyasət çərçivəsinin müəyyən edilməsi istiqamətində tapşırıqlar verilib.

Ən sərfəli kredit üçün müraciət et

Sonda maliyyə sistemində koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə məşvərətçi orqan olaraq Maliyyə Sabitliyi Şurasının yaradılması ilə bağlı görülmüş işlər müzakirə edilib və gələcək tədbirlərə dair qərar qəbul edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et