"Azərbaycanda kənd təsərrüfatının kreditləşməsində problemlər var" | Banco.az

"Azərbaycanda kənd təsərrüfatının kreditləşməsində problemlər var"

"Azərbaycanda aqrar sektora verilən kreditlərin 85-90%-i Bakının payına düşür". 

Bunu Dünya Bankının mütəxəssisi Rufiz Çıraqzadə bildirib.

"Azərbaycanda kənd təsərrüfatı sahəsində maliyyə resurslarına çıxışla bağlı problemlər var. Ölkədə bu sahədə kreditləşmənin ümumi daxili məhsulda payı kiçikdir. Ölkədə uzumüddətli maliyyələşdirmə tələbləri yüksəkdir", - o deyib. 

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Dünya Bankı rəsmisinin sözlərinə görə, bu sahədə maliyyə məhsullarının çeşidi də azdır: "Yeni maliyyə məhsullarının tətbiqinə ehtiyac var. Kənd təsərrüfatı Dünya Bankının Azərbaycana dəstəyində prioritet sahə olaraq qalır. Hazırda Azərbaycanda icra olunan proqramlar da sektorun səmərəliliyinin, rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə yönəlmiş layihələrdir". 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et