Azərbaycanda KASKO sığorta bazarı 23% böyüyüb | Banco.az

Azərbaycanda KASKO sığorta bazarı 23% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə bu ilin yanvar-avqust aylarında 32 milyon 548 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon manat və ya 22,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 1,3 milyon manat və ya 12,1% artaraq 12 milyon 133 min manata çatıb. Ötən ilin eyni dövründə bu növ üzrə yığımların məbləği 26,5 milyon manat, ödənişlərin məbləği isə 10,8 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin 8 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatın 37,3 manatını ödənişə yönəldiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et