Azərbaycan İpoteka Fondunun göstəricilərinə istinadən, hazırda verilmiş ipoteka kreditlərinin həcmi 1 milyard 40 milyon 666 min 627 manat təşkil edir. İpoteka götürənlərin sayı isə 22 min 638 nəfərdir. 2018-ci ilin mart ayının statistikasına istinadən, ölkədə 697 mln manat güzəştli, 289 mln manat adi ipoteka krediti verilib.
Ölkədə adi və güzəştli ipoteka kreditlərinin cəmi 30.03.2018-ci tarixində göstərici 986 mln manat təşkil edir.
Verilmiş kreditlərin ümumi sayı 21 min 772 ədəddir. Bunlardan 6 400-ü güzəştli, 15 372-i isə adi ipokteka kreditləridir. Güzəştli ipoteka kreditlərindən adambaşına 154 min manat ipoteka krediti, adi ipoteka kreditlərinin isə adambaşına 64 min manatı düşür.
İpoteka kreditlərinin ən çox həcmi (16 257 ədədi) məlum olduğu kimi Bakı şəhərinə düşür, Bakı şəhərinin regionları üzrə ən çox pay isə Xətai rayonu sahibdir.
Kreditlərin maliyyələşdirməsinin 60 mln manatı dövlət büdcəsi, 35 mln manatı qiymətli kağızlar hesabınadır.
Xəzər Aslanov. Banco.az