Azərbaycanda illik inflyasiya 10,8% enib | Banco.az

Azərbaycanda illik inflyasiya 10,8% enib

Cari ilin yanvar-mart aylarında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 10,8% artıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən, ərzaq məhsullarının qiymətlərində 13,1%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,0% artım qeydə alınıb.

***

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında isə 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 11,7% artıb. O cümlədən, ərzaq məhsullarının qiymətlərində 14,8%, qeyri-ərzaq məhsullarının qiymətlərində 15,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 4,0% bahalaşma olub.

Rəsmi statistikaya əsasən, 2016-cı ilin mart ayında istehlak məhsulları və xidmətlərin qiymətləri fevral ayına nisbətən 0,4%, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri fevral ayına nisbətən 0,3%, yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 13,1% bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətlərində fevrala nisbətən 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2016-cı ilin fevral ayına nisbətən 0,5%, bahalaşma olub.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin fevral ayında isə istehlak məhsulları və xidmətlərin qiymətləri yanvara nisbətən 0,4% artıb. Yanvarda isə istehlak məhsulları və xidmətlərin qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 5,8%, əvvəlki ilin yanvar ayına nisbətən isə 13,6 % bahalaşıb.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 112,2% təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et