Azərbaycanda ən çox izləyicisi olan 10 youtube kanalı | Banco.az

Azərbaycanda ən çox izləyicisi olan 10 youtube kanalı

Bu dəfə sizə Azərbaycanda ən çox izləyicisi olan youtube kanalları haqqında danışacağıq. Azərbaycanda ən çox izləyicisi olan top 10 youtube kanalları ilə tanış olun:

 

 

10. Azeri-Turk Oyuncu

Fiziki qüsurlu gənc bir azərbaycanlı tərəfindən idarə edilən kanalda oyun videoları paylaşılır. Kanal qısa müddətdə yaradılmasına baxmayaraq 67 mindən çox izləyicisi var.

9. Azerbaijan Music Gallery

73 mindən çox izləyicisi olan bu kanal ən yeni Azərbaycan musiqilərini paylaşır. Kanalda videolara ümumi baxış sayı 50 milyona yaxındır.

8. Baku Music Factory

Baku Music Factory kanalı da Azerbaijan Music Gallery kimi ən yeni musiqiləri və klipləri paylaşır. 2010-cu ildə yaradılan kanalı 77 mindən çox insan izləyir.

7. Kanal13Az

Bu kanal əsasən gündəmdə olan xəbər videoları paylaşır. Kanalda həmçinin şəhərdə insanlarla edilən sorğu videolarına da baxa bilərsiniz. 78 minə yaxın izləyicisi var.

6. Bozbash Pictures

Bozbaş Pictures adlı televiziya verilişinin eyni adlı youtube kanalıdır. Bu kanalda bozbaş pictures verilişindəki videolar paylaşılır. Kanalı 84 minə yaxın insan izləyir.

Ən sərfəli kredit üçün müraciət et

5. Yeni Mahnılar

Digər musiqi kanalları kimi bu kanal da musiqilər və kliplər paylaşır. Kanalın 98 mindən çox izləyici var.

4. Azadlıq Radiosu

Azadlıq radiosunun eyni adlı kanalında əsasən ölkədə olan problemlərlə bağlı videolar və xəbərlər paylaşılır. 102 mindən çox insan bu kanala abone olub.

3. Meyxana Gold

youtube kanalı

Adından da göründüyü kimi kanalda meyxana videoları paylaşılır. Kanal çox aktivdir və demək olar ki hər gün yeni videolar yüklənir. Kanalı 111 min insan izləyir.

2. CaspianReport

Bu kanalı işlədən azərbaycanlı gənc xəbərləri ingilis dilində hazırlayaraq izləyicilərinə təqdim edir. Kanalın 120 minə yaxın izləyicisi var. Caspian Report kanalı ingilis dilində videolar paylaşdığı üçün daha çox xarici ölkələr tərəfindən izlənir.

1. Azerbaijan Baku

youtube kanalı

158 minə yaxın izləyicisi olan kanal Azərbaycanda ən çox izləyicisi olan youtube kanalıdır. Kanalda əsasən gündəmdə olan videolar paylaşılır. 2011-ci ilin iyul ayında yaradılan kanalda indiyə kimi 500dən çox video paylaşılıb və videolara ümumi baxış sayı 52 milyona yaxındır.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et