Azərbaycanda e-ticarətin həcmi rekord həddə çatıb | Banco.az

Azərbaycanda e-ticarətin həcmi rekord həddə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıb. Belə ki, 2023-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3930 mln. manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həyata keçirilən nağdsız ödənişlərin 3 mlrd. 97 mln. manatı elektron ticarətin payına düşüb. Bu da ölkə tarixində qeydə alınmış rekord göstəricidir.

Qalan məbləğin 826 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et