Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 50 %-ə yaxın azalıb | Banco.az

Azərbaycanda beynəlxalq poçt göndərişlərinin həcmi 50 %-ə yaxın azalıb

2024-cü ilin yanvar ayında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 4 milyon 796 min ABŞ dolları, həcmi isə 19,9 ton təşkil edib.

Dövlət Gömrük Komitəsi məlumat verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 48,8 % və 38,7 % azdır.

Qeyd edilib ki, ötən ay Azərbaycana xarici ölkələrdən 4 milyon 665 min ABŞ dolları dəyərində 19,5 ton poçt göndərişi idxal edilib ki, bu da 2023-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46,2 % və 37,9 % azdır.

Hesabat dövründə Azərbaycandan xaricə isə 130 min ABŞ dolları dəyərində 0,43 ton poçt göndərişi ixrac edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 2,4 % və 62,7 % azdır.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et