Azərbaycanda 3 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur | Banco.az

Azərbaycanda 3 investisiya şirkətinin nizamnamə kapitalı 1 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 1 milyon manatdan çox olub.

Bunlar "İnvest-AZ" (2,255 milyon manat), "PSG Kapital" (2 milyon manat) və "Azfinance" (1,55 milyon manat) investisiya şirkətləridir.

Qalan 5 maliyyə qurumundan 1-nin nizamnamə kapitalı 1 milyon manat, 4-nün nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.

8 investisiya şirkətindən 3-ü - "BTB Kapital", "Plato Capital and Co." və "İnvest-AZ"  ötən il nizamnamə kapitalını artırıb, qalanları isə sabit saxlayıb.

Renkinq

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et