Azərbaycanda 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub | Banco.az

Azərbaycanda 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin yanvar-fevral aylarında 239 milyon 719 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 18 milyon 651 min manat və ya 8,4% çoxdur.

Hesabat dövründə 2 sığorta şirkətinin yığımları 1 milyon manatdan az olub. Bunlar Bakı Sığorta (569 min manat) və İpək Yolu Sığortadır (386 min manat). İlk 2 ayda Paşa Sığorta yığımlarının həcminə (90 milyon 704 min manat) görə lider olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et