Azərbaycanda 17 bankın faiz xərcləri artıb | Banco.az

Azərbaycanda 17 bankın faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nin bu ilin yanvar-mart aylarındakı faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub. 

Bunlar "Access Bank", "Bank Avrasiya", "AGBank", "Atabank", "Nikoyl Bank", "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank of Baku", "Rabitəbank", "AFB Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (100,0%), ən az azalma isə "Access Bank"da (4,6%) qeydə alınıb.

Qalan 17 bankın faiz xərcləri isə artıb. Ən yüksək dinamika "Günay Bank"da (2,3 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (0,1%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

 

4 bankın faiz xərcləri 10 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün faiz xərcləri 10 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (23,408 milyon manat), "Kapital Bank" (16,433 milyon manat), "Access Bank" (12,777 milyon manat) və "PAŞA Bank"dır (10,092 milyon manat).

Qalan 26 bankdan 20-də faiz xərcləri 1-10 milyon manat arasında, 6 bankda isə 1 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et