Azərbaycana ən çox tütün, badımcan, pambıq sifariş olunub | Banco.az

Azərbaycana ən çox tütün, badımcan, pambıq sifariş olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin may sayı təqdim olunub.

“İxrac İcmalı”nda 2019-cu ilin yanvar-aprel ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Göstərilib ki, Azexport.az portalına 229 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 3 faiz  artıb.

Bu ilin aprel ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 51 milyon ABŞ dolları təşkil edib.

2019-cu  ilin aprel ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (12,3%), Türkiyə (8%), İngiltərə (6,5%), Hindistan (6,5%) və  ABŞ (5,5%) qərarlaşıb.

Cari ilin aprel ayında ən çox ixrac sifarişi tütün, badımcan, pambıq və pambıq məhsulları, kartof, soğan, qənnadı məhsulları, meyvə kompotu, yumurta, mühərrik yağı, çay, tikinti materialı, kələm, buğda kəpəyi, şərab, qoyun yunu, kosmetik vasitə, konservləşdirilmiş tərəvəz, alma, gül və s. mallara daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 aprel tarixinə kimi (28 ay ərzində) Azexport.az portalına dünyanın 129 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 218 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 16,5 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-may ayları ərzində  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 47,9 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et