Azərbaycana 3 mln. dollar qrant ayrıldı | Banco.az

Azərbaycana 3 mln. dollar qrant ayrıldı

Azərbaycanda Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazası (FSMP2) həyata keçiriləcək.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir.

Layihə İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən icra ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

FSMP2 2017-2020-ci illər ərzində icra ediləcək.

Qeyd edək ki, layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, palatanın nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehlakçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdən ibarətdir.

©Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et