Azərbaycan xaricdən buğda idxalını artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 121 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--campania.tpl.php).

Azərbaycan xaricdən buğda idxalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 57 milyon 896 min ABŞ dolları dəyərində 257 min 269 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 43%, miqdarı isə 37,2% artıb.

2025-ci ilin ilk 2 ayında idxal edilən buğdanın dəyəri 40 milyon 497 min dollar, miqdarı isə 187 min 570 ton olub.

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 225 dollar olub ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən (215,9 dollar) müqayisədə 4,2% və ya 9,1 dollar çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram