Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb | Banco.az

Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb

2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49,13 faiz artaraq 48,854 milyon dollar təşkil edib.

Bu barədə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 3,8 faiz artaraq 7,53 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 10,793 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,4 faizini təşkil edib.

Son 12 ayda (iyun 2019 - iyun 2020) Türkiyə 26,067 milyard dollar məbləğində avtomobil ixrac edib.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et