Azərbaycan Sverdlovskdan tibbi avadanlıq idxal edə bilər | Banco.az

Azərbaycan Sverdlovskdan tibbi avadanlıq idxal edə bilər

"Rusiyanın Sverdlovsk vilayətindən Azərbaycana tibbi avadanlıq ixrac edilə bilər".

Bunu vilayətin beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliya Kozlov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə bu istiqamətdə görüşlər keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19% artıb və 2,5 mlrd ABŞ dollarını keçib. Bu ilin 7 ayında isə isə ticarət dövriyyəsi illik müqayisədə 23% artıb.

Azərbaycanın təkcə Sverdlovsk vilayəti ilə ticarət dövriyyəsinin isə ötən il 83% artıb və 95 milyon dollar təşkil edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et