"Azərbaycan Sənaye Sığorta"nın sədrini daha yaxından tanıyaq | Banco.az

"Azərbaycan Sənaye Sığorta"nın sədrini daha yaxından tanıyaq

Kamran Babayev hal-hazırda “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədridir. O, daha əvvəl, həmin şirkətdə İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.

Kamran Hacıqulu oğlu Babayev 9 may 1979-cu ildə Bakı şəhərində anadan olub. Evlidir.

Təhsili:

 - 1995-1999 illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 

 - 1999-2003 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb. 

 - 2005-2006 illərdə Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsil alıb.

Peşəkar təcrübəsi:

Kamran Babayev peşəkar təcrübəyə 2003-cü ildə başlayıb.

 - 2003-2004 illərdə "AXA MBASK" Sığorta şirkətində Çap və uçot şöbəsinin müdiri,

 - 2004-2007 illərdə "AXA MBASK" Sığorta şirkətində Böyük Anderrayter.

 - 2007-2008 illərdə isə "Beynəlxalq Sığorta Şirkəti"ndə Baş Anderrayter vəzifəsini icra edib.

 - 2008-2012 illərdə "Beynəlxalq Sığorta Şirkəti"ndə Daxili Audit Departamentinin direktoru, əlavə olaraq;

Ən sərfəli kredit üçün müraciət et

  • Keyfiyyət İdarəetmə Sistemi (ISO)
  • Attestasiya Komissiyasının üzvü
  • İşə qəbul komissiyasının üzvü
  • Azərbaycan Sığortaçılar Assosiasiyasında şirkət nümayəndəsi.

 - 2012-2016 illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü,

 - 2016-2017 illərdə "Azərbaycan Sənaye Sığorta"nın İdarə Heyətinin sədr müavini olub.

 - 2017-ci ilin mart-sentyabr aylarında "Azərbaycan Sənaye Sığorta"da İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.

 - 2017-ci ilin sentyabr ayından "Azərbaycan Sənaye Sığorta"nın İdarə Heyətinin sədridir.

Image result for kamran babayev

“Azərbaycan Sənaye Sığorta” şirkətinin İH sədri Kamran Babayev 2018-ci il üçün əsas hədəf və sığorta bazarından gözləntilərindən danışarkən bildirmişdi ki, “Sığorta bazarı üzrə əsas gözləntilərimiz kənd təsərrüfatı sığortası üzrə mərkəzləşdirilmiş yeni sistemin yaradılması və sığorta haqlarının 50% dövlət tərəfindən qarşılanmasıdır". K.Babayev bundan əlavə məlumat təhlükəsizliyinin qorunması məqsədilə sığorta şirkətlərində “penetration test” yoxlamasının ildə bir dəfə məcburi olmasını vacib hesab edir. “Azərbaycan Sənaye Sığorta”ya gəldikdə o bildirib ki, 2018-ci ildə şirkətin əsas hədəfi  tibbi və kənd təsərrüfatı sığortası üzrə portfeli daha da artırmaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et