Azərbaycan Sənaye Sığorta-nın aktivləri azalıb - SON HESABAT | Banco.az

Azərbaycan Sənaye Sığorta-nın aktivləri azalıb - SON HESABAT

"Azərbaycan Sənaye Sığorta" şirkəti 31 dekabr 2017-ci il tarixinə maliyyə hesabatlarını açıqlayıb.

Hesabata əsasən, sözügedən dövrdə şirkətin cəmi aktivləri 22,288 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə 2,8% və ya 641 min manat azdır. Aktivlərin həcmində isə uzunmüddətli aktivlər 653,663 min manat, qısamüddətli aktivlər 21,634 mln. manat təşkil edir.

Şirkətin cəmi öhdəliklərinin həcmində də azalma qeydə alınıb. Belə ki, sığorta şirkətinin öhdəlikləri 2017-ci ilin əvvəli ilə müqayisədə  11,7% azalaraq 6,348 mln. manatdan 5,594 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"Azərbaycan Sənaye Sığorta"nın cəmi kapitalı isə 1 il ərzində cüzi - 0,68% artaraq  hesabat ilinin sonunda 16,694 mln. manat təşkil edib. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 11 mln. manatdır.

Şirkət 2017-ci ili mənfəətlə başa vurub.

2017-ci ilin son göstəricilərinə əsasən "Azərbaycan Sənaye Sığorta"nın cəmi gəlirləri 10,177 mln. manat, cəmi xərcləri isə 10,036 mln. manat olub və nəticədə, şirkət ötən ili 141,492 min manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et