Azərbaycan reytinqdə irəlilədi | Banco.az

Azərbaycan reytinqdə irəlilədi

Dünya İqtisadi Forumu 3 sentyabr 2014-cü il tarixində Qlobal Rəqabətlilik Hesabatı 2014-2015 nəşrini təqdim edib. 

 Xəbər verilir ki, bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdədir. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutub. Qeyd etmək lazımdır ki, bu il də ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.

Ölkəmizdə baş verən iqtisadi islahatlar və inkişaf tempinin öz əksini tapdığı bu indeksə görə Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplanıb.Azərbaycanda 2006-cı ildən başlayaraq şirkət sahibləri arasında sorğularını Azərbaycan Marketinq Cəmiyyətinin həyata keçirdiyi bu hesabata əsasən, ölkəmiz Avropadan İtaliya (49-cu yer), Polşa (43-cü yer), Rumıniya (59-ci yer), eləcə də qonşu ölkələrdən Türkiyə (45-ci yer), Gürcüstan (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Həmçinin, Azərbaycan keçmiş Sovet məkanından sadəcə Estoniyadan (29-cu yer) aşağıda qərarlaşaraq Litva (41-ci yer) və Latviyanı (42-ci yer) da öz mövqeyinə görə arxada qoyub.

Ən sərfəli kredit üçün müraciət et

Qlobal Rəqabətlilik Hesabatı 2014—2015 nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr Sinqapur, ABŞ, Finlandiya və Almaniyadır.

Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç