Azərbaycan neftinin orta qiyməti oktyabrda 41 dollara yaxın olub | Banco.az

Azərbaycan neftinin orta qiyməti oktyabrda 41 dollara yaxın olub

Oktyabr ayının nəticələrinə görə, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 40,98 ABŞ dollarına bərabər olub. Bu, əvvəlki ayın orta qiyməti ilə müqayisədə 1,16 dollar və ya 2,76% azdır.

Oktyabr ayında ən yüksək qiymət (oktyabrın 22-si) – 42,63 dollar təşkil edib, ən minimal göstərici (oktyabrın 30-u) isə 37,53 dollar səviyyəsində olub. Oktyabrda Azərbaycan nefti 8,3% ucuzlaşıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et