Azərbaycan manatı bu gün əksər valyutalara qarşı möhkəmlənib - CƏDVƏL | Banco.az

Azərbaycan manatı bu gün əksər valyutalara qarşı möhkəmlənib - CƏDVƏL

Martın 13-də Azərbaycan manatının məzənnəsi əksər valyutalara qarşı möhkəmlənib.

Manat ABŞ dollarına qarşı sabit qalıb (1,7 AZN), avro (1,9074 AZN), Rusiya rublu (0,0229 AZN), Türkiyə lirəsi (0,2696 AZN), Gürcüstan larisi (0,5720 AZN), İngiltərə funt sterlinqi (2,1345 AZN), Ukrayna qrivnası (0,0650) və digər valyutalara qarşı isə möhkəmlənib.

Qeyd edək ki, bu gün Azərbaycanın milli valyutası ən çox İngiltərə funt sterlinqə qarşı möhkəmlənib – 0,0442 AZN.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu gün Azərbaycan manatı dünyanın, demək olar, bütün valyutalarına qarşı (Braziliya realı və Misir funtu istisna) möhkəmlənib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et