Azərbaycan kredit alır - MƏBLƏĞ | Banco.az

Azərbaycan kredit alır - MƏBLƏĞ

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) arasında 2018-ci il iyunun 8-də imzalanan “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üzrə 250 mln. dollar məbləğində kreditin ayrılması haqqında saziş qüvvəyə minib.

Bankın saytında verilən məlumata görə, kredit sazişi iyulun 20-də qüvvəyə minib.

Beləliklə, Azərbaycan kredit vəsaiti əldə etmək üçün Asiya İnkişaf Bankına müraciət etmək hüququ əldə edib.

Kredit vəsaiti 12 il müddətinə və LIBOR+0.6 faiz dərəcəsi ilə ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı I” üçün Azərbaycana 250 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiq edib.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.

Proqrama iki altproqram daxildir. Onların 2020-ci ilə qədər həyata keçirilməsi nəzərdə tutulur.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et