Azərbaycan İKT sahəsində lider olub | Banco.az

Azərbaycan İKT sahəsində lider olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzində (MHM) BMT nəzdində dənizə çıxışı olmayan, inkişaf etməkdə olan ölkələr üzrə Beynəlxalq Analitik Mərkəzin nümayəndələri ilə görüş keçirilib.

MHM-dən daxil olan məlumata görə, görüşün keçirilməsində məqsəd Azərbaycanın İKT sahəsində qabaqcıl ölkə olaraq əldə etdiyi nailiyyətlər əsasında hazırlanan elmi-tədqiqat xarakterli hesabatı mərkəzə üzv olan digər ölkələr arasında paylaşmaqdır. Görüş zamanı elektron hökumət, elektron imza, elektron təhlükəsizlik və ümumiyyətlə, elektron quruculuq mövzusunda geniş müzakirələr aparılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, BMT-nin araşdırmalarına əsasən, Azərbaycan dənizə çıxışı olmayan 32 ölkə arasında İKT sahəsində 1-ci yerdə qərarlaşıb.

Beynəlxalq Analitik Mərkəzinin Monqolustandan olan nümayəndəsi Sansar Sosarbaramın sözlərinə görə, aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Azərbaycanda İKT sahəsində davamlı olaraq uğurlu layihələr həyata keçirilir.

Mərkəzin Sinqapurdan olan nümayəndəsi Barney Tan belə hesabat xarakterli görüşlərin əhəmiyyətini vurğulayıb.

©Report

Ən sərfəli krediti almaq üçün müraciət et