Azərbaycan hökuməti məzənnəni tənzimləmək üçün xərcləri artıracaq | Banco.az

Azərbaycan hökuməti məzənnəni tənzimləmək üçün xərcləri artıracaq

Azərbaycan hökuməti manatın məzənnəsinin tənzimlənməsi üçün 2017-ci ildə xərcləri artıracaq.

Banco.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Hökumət gələn il bu məqsədlər üçün dövlət büdcəsindən 84 milyon manat ayıracaq.

İlkin hesablamalara görə, 2017-cu ildə hökumətin xarici valyutada bütün xərcləri təxminən 3,06 milyard dollar təşkil edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et