Azərbaycan dəmir yolları ilə ümumi yükdaşıma 7% artıb | Banco.az

Azərbaycan dəmir yolları ilə ümumi yükdaşıma 7% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az 

Cari ilin ilk 6 ayı ərzində Azərbaycan dəmir yolları ilə yükdaşıma 7% artaraq 9 milyon 157 min 703 ton təşkil edib.

Banco.az bu barədə "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Belə ki, dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 milyon 378 min 078 ton yük idxal olunub, 1 milyon 666 min 091 ton yük isə ixrac olunub.

Dəmir yolları ilə ölkədə 1 milyon 585 min 836 ton yük daşınıb. Tranzit yükdaşımaları üzrə göstərici bu ilin 6 ayında 3 milyon 527 min 698 ton təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et