Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə sədr seçildi | Banco.az

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə sədr seçildi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Bankdan daxil olan məlumata əsasən, səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan X.Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş Bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq ABB-nin sağlamlaşdırılması tədbirləri davam etdirilməkdədir.

  • Həmçinin oxu
  • Son vakansiyalar

Məqalələr