Azərbaycan Beynəlxalq Bankı xaricdən iri kredit cəlb edib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı xaricdən iri kredit cəlb edib

Lüksemburq şəhərində Avropa İnvestisiya Bankı ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında 50 mln. avro məbləğində kredit müqaviləsi imzalanıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək xarakteri daşıyan vəsait bu sektorda prioritet əhəmiyyətə malik biznes layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu kredit müqaviləsi Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirəcək. Xüsusilə qeyri-neft sektoruna aid sənaye və xidmət sahələri bu imkandan geniş faydalana biləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa İnvestisiya Bankının səhmdarları Avropa İttifaqına üzv ölkələrdir. Avropa İnvestisiya Bankı bütün dünyada ən böyük beynəlxalq ümumi kredit qurumu kimi tanınır. 

Ən sərfəli krediti almaq üçün müraciət et