Azərbaycan banklarında xanım CEO-lar | Banco.az

Azərbaycan banklarında xanım CEO-lar

Azərbaycan banklarını idarə edən xanımlar

Azərbaycanda biznes sektoru və hakimiyyət orqanlarında kişilərin üstün mövqeyi danılmazdır. Lakin bütün bunlar xanım mütəxəssislərin həmin sektorlarda uğur qazanmalarına mane ola bilmir. Bu nisbət özünü bank sektorunda aydın şəkildə biruzə verir. Belə ki, Azərbaycan fəaliyyət göstərən banklardan yalnız 2-in İdarə Heyətini Sədri xanımlardır. Bu banklara Bank RespublikaZaminbank daxildir.  

Bank Respublika - 2014-cü ilin son hesabatlarına əsasən bankın aktivləri I rüblə müqayisədə 2,6% artaraq 500,6 mln manat olmuşdur. 2014-cü ilin II rübündə isə bank 7,9 mln xalis mənfəət qazanmışdır ki, bu da ötən ilin II rübü ilə müqayisədə 29,1% çoxdur. Bununla yanaşı Bank Respublika-nın nizamnamə kapitalı 37 461 min manata bərabərdir. 

Bank Respublikanın İdarə Heyətinin Sədri Xədicə Həsənova

Fəaliyyətə başlama tarixi: 2006-ci il

Təhsil: “Beynəlxalq İqtisadi Əlaqələr”, Azərbaycan Dövlət İqtisad Universiteti; “Menecmentin İnkişafı İnstitutunu (IMD) MBA”, Lozanna Universiteti (İsveçrə)

İdarəçiliyində olan aktivlərin həcmi: 500,6 mln AZN

Bankın xalis mənfəəti: 7,9 mln AZN

Ən sərfəli kredit üçün müraciət et

 

Zaminbank - 2014-cü ilin I rübünün hesabatlarına əsasən bankın aktivləri ötən ilin yekunları ilə müqayisədə 89,5% artaraq 430 mln manat, xalis mənfəəti isə 621 min manat olmuşdur. Zaminbankın nizamnamə kapitalı 47 181 min manatdır. 

Zaminbankın İdarə Heyətinin Sədri Zəhra Quliyeva

Fəaliyyətə başlama tarixi: 2008-ci il

Təhsili: “Mühəndis – iqtisadçı”, Azərbaycan Dövlət Neft Akademiyası

İdarəçiliyində olan aktivlərin həcmi: 430 mln AZN

Bankın xalis mənfəəti: 621 min AZN

2014-ci ilin I rübünə əsasən Bank Respublika və Zaminbank bazarda ümumi bank aktivlərinin 4,3%-i təşkil edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç