Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq | Banco.az

Azərbaycan banklarında Korporativ İdarəetmə Komitəsi yaradılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nı yenilənmiş varianta təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara görə, banklarda Korporativ İdarəetmə Komitəsi yaradılacaq. Bu komitələrin yaradılması tələbi Qərarın qüvvəyə mindiyi tarixdən 12 ay sonra tətbiq ediləcək.

Bundan başqa, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli və “Banklarda korporativ idarəetmə Standartları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli qərarları ləğv edilib.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et