Azərbaycan bankı sentyabrda loqosunda dəyişiklik edəcək | Banco.az

Azərbaycan bankı sentyabrda loqosunda dəyişiklik edəcək

Cari ilin sentyabr ayında "Rabitəbank"ın loqosu restaylinq (dizayn, stil dəyişikliyi) olunacaq.

Bunu "Rabitəbank"ın baş direktoru Ziya Nuriyev jurnalistlərə açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində filliallarda da interyer dəyişikliyi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Artıq rəng seçilib, hər şey hazırdır. İlin sonuna kimi mobil bankinq sahəsində Azərbaycan bankları arasında ilk 5-liyə düşməyi hədəfləyirik. Gələn ilin sonuna kimi isə plastik kartlarla bağlı yenilik tətbiq edəcəyik. Belə ki, müştərilər kartlarda limit - bankın hansı xidmətlərdən istifadə etmək olar, hansından yox - müəyyən edə biləcəklər", - deyə baş direktor vurğulayıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et