Azərbaycan bank sistemində likvidliyin artırılması ilə bağlı xüsusi təkliflər hazırlanıb | Banco.az

Azərbaycan bank sistemində likvidliyin artırılması ilə bağlı xüsusi təkliflər hazırlanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sistemində likvidlik səviyyəsinin artırılması ilə bağlı hökumətə xüsusi təkliflər zərfini təqdim edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev məlumat verib. 

C.Abdullayev qeyd edib ki, bu gün ölkədə real sektorun inkişaf etdirilməsi üçün manat kütləsi çatmır. Onun sözlərinə görə, hazırda Mərkəzi Bank tərəfindən manat buraxılması da məqsəduyğun deyil.

Ən sərfəli kredit üçün müraciət et

"Bank sektoruna dəstək olmasa, bank sektoru özü-özlüyündə bu vəziyyətdən çıxan deyil. Böhran xərclərə yenidən baxmağı öyrətdi. Azərbaycanda bank işçilərinin əmək haqqı sistemi bankların aktivlərinə baxanda orta Avropa göstəricisindən də yuxarı qalxmışdır. Əmək haqlarını elə səviyyəyə qaldırmışdılar ki, onun altından indi çıxa bilmirlər", - deyə ekspert vurğulayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et