Azər Türk Bankın "Bakı" filialı saat 22:00-a kimi xidmət göstərir | Banco.az

Azər Türk Bankın "Bakı" filialı saat 22:00-a kimi xidmət göstərir

Ölkədə bir çox əhəmiyyətli layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bank növbəti Bakı Şopinq Festivalının əsas sponsoru qismində çıxış edir. Azər Türk Bank, həmçinin festivalın müvəkkil banklarından biridir.

Bununla əlaqədar, Bankın 28 may küçəsində, "28 Mall" ticarət mərkəzinə yaxın ərazidə yerləşən "Bakı" filialı  həftəninbütün günləri saat 09:30-dan saat 22:00-a kimi müştərilərə xidmət göstərir. Vətəndaşlar festivalın qaydalarına uyğun olaraq ƏDV-ni buradan, alıcının istəyinə uyğun olaraq, elə həmin gün nağd qaydada və ya 10 iş günündən gec olmayaraq milli və ya xarici valyutada bank kartına  köçürmə ilə geri ala biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

22 ildir fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Ən sərfəli krediti almaq üçün müraciət et