Ayda 140 DOLLARA dünyanı gəzən səyyah | Banco.az

Ayda 140 DOLLARA dünyanı gəzən səyyah

İnsanların maraq və kəşf etmə duyğusu olduqca gəzib görmək istəyi də heç zaman tükənməyəcək. Bəzi insanlar bunu əlçatmaz hesab etsə də, əlimizdə olan imkanlarla da dünyanın bir ucuna getmək düşünüldüyü qədər çətin deyildir. Buna nail olan Kutluhan Özdəmirin macərasına gəlin, birlikdə nəzər salaq.

Kutluhan 6 ay ərzində kənd təsərrüfatı ilə məşğul olur. Həm pul qazanır həm də yeni təcrübələr əldə edir.

Dünyanı gəzməyə qərar verdiyi ilk il evini başqa insanlarla bölüşür, onlardan öyrəndikləri ilə düşüncələri formalaşır və cəsarətini toplayaraq yola çıxır.

Doqquz ay ərzində Braziliya, Paraqvay, Boliviya, Uruqvay və Argentinanı gəzir. Hələ də gəzməyə davam edən səyyahın müəyyən edilmiş bir marşrutu və dəqiq vaxtı yoxdur.

Kutluhan Özdəmir buna necə nail olur?

Ən sərfəli kredit üçün müraciət et

Kutluhan səyahət edərkən xərclərini mümkün olduğu qədər azaltmağa çalışır. Qonaqlama ehtiyacını isə başqa səyyahlarla qalaraq təmin edir. Pul qazanmaq üçün müxtəlif işlərdə işləyir.

“Uruqvayda günə 15 dollara daş daşımışam.”

Nəqliyyat vasitəsi tapmaq üçün avtostopdan istifadə edir və marşrutunu adətən kiçik ərazilərə müəyyənləşdirir.

Yaşadığı təcrübələrin və gəzdiyi yerlərin sanki özünün bir parçasına çevrildiyini deyən səyyah, çətinliklərlə qarşılaşdığı zaman səbrlə yanaşaraq vəziyyəti ələ almağa çalışır.

“Özümlə bağlı məni ən çox təccübləndirən şey əslində az əşya ilə və bütün evimi bel çantasına sığdıraraq aylarla yaşaya bilməyin oldu. Bu vaxta qədər atdığım heç bir addımdan peşman deyiləm. Bütün bunlar olmasaydı “mən” olmazdım.”

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et