Avtomobil idxalı ikiqat artmaqda davam edir | Banco.az

Avtomobil idxalı ikiqat artmaqda davam edir

2019-cu ilin Yanvar- Fevral ayları ərzində Azərbaycana 5169 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. Bu, 2018-ci ilin Yanvar-Fevral dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Ötən ilin Yanvar-Fevral aylarında ölkəmizə 2 065 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 512 ədəd, Fevralında isə 2657 ədəd nəqliyyat vasitəsi idxal edilib. Yanvar ayı ilə müqayisədə Fevralda nəqliyyat vasitəsi idxalı 145 ədəd çox olub. 

O cümlədən, 2019-cu ilin Yanvar-Fevral aylarında 4 707 ədəd minik avtomobili, 37 ədəd avtobus, 397 ədəd yük avtomobili və 18 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Fevral dövründə 1867 ədəd minik avtomobili, 11 ədəd avtobus, 182 ədəd yük avtomobili və 5 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et