Avrozonada pərakəndə satışlar azalıb | Banco.az

Avrozonada pərakəndə satışlar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada pərakəndə satışlar fevral ayında əvvəlki aya görə 0,8 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) fevral ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üçün pərakəndə satış məlumatlarını açıqlayıb.

Buna görə, Avrozonada pərakəndə satışlar fevral ayında yanvar ayına görə 0,8 faiz, əvvəlki ilin eyni dövrünə görə isə 3 faiz azalıb.

Fevralda pərakəndə satışların aylıq 0,8 faiz, illik 3,5 faiz azalacağı proqnozlaşdırılırdı.

Ölkələr üzrə dəyərləndirdikdə isə, Macarıstanda pərakəndə satışlar illik 10,1 faiz, İsveçdə 8,5 faiz və Almaniyada 7 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et