Avropanın turistlər üçün ən bahalı ölkəsinin adı açıqlanıb | Banco.az

Avropanın turistlər üçün ən bahalı ölkəsinin adı açıqlanıb

İslandiya turistlər üçün ən bahalı Avropa ölkəsidir.

2018-ci ilin yekunlarına əsasən, İslandiyada malların qiymətləri 2017-ci illə müqayisədə 56% artıb və bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Portalın statistikasına əsasən, qiymətlərin 52% artdığı İsveçrə ikinci sırada qərarlaşıb, ilk üçlüyü Norveç (qiymətlər 48% artıb) qapayır. Sonrakı yerlərdə Danimarka (38%), İrlandiya (27%), Lüksemburq (27%), Finlandiya (23%), İsveç (19%), Böyük Britaniya (17%), Hollandiya (12%), Belçika (11%), Fransa (10%), Avstriya (10%) və Almaniya (4%) qərarlaşıb.

"Daily Mail"in yazdığına görə, İslandiyada turist restoranda pendirli pizzanı təxminən 17 avroya, bir qədəh şərabı 10 avroya ala bilər.

"Evdən sifariş verərək hamburger, fri kartof və pivə üçün maksimum 13 dollar ödəyə bilərəm. Bu, İslandiyaya gedərkən büdcəmə əhəmiyyətli dərəcədə təsir edən qiymət fərqidir", - 22 yaşlı amerikalı turist qəzetə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qəzetin qeyd etdiyinə görə, İslandiyada yüksək qiymətlər adanın idxaldan (yumurta, süd və digər məhsullar) asılılığı və alkoqol vergisinin yüksək olması ilə əlaqədardır. Bununla yanaşı, 2016-2017-ci illərdə ölkənin üzləşdiyi İslandiya valyutasının məzənnəsindəki tərəddüdlər də əhəmiyyətli rol oynayır.

"İslandiyanın statistikasına əsasən, 2018-ci ildə yerli sakinin orta aylıq məvacibi 4450 avro olub. Buna görə də yerli sakinlər üçün mağazalardakı qiymətlər elə də yüksək görünmür", - "Daily Mail" yazır.

İslandiya Mərkəzi Bankının proqnozlarına görə, 2019-cu ildə ölkə iqtisadiyyatı son 10 ildə ilk dəfə yavaşıyıb və bu, adada turizm sənayesinin inkişafındakı azalma, habelə bu ilin martında lou-kost xidmətlər təqdim edən "Wow Air" aviaşirkətinin iflas etməsi ilə əlaqədardır. Ötən il İslandiyaya 2,3 milyon xarici turist səfər edib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et