Avropadan Adidas loqosu qərarı | Banco.az

Avropadan Adidas loqosu qərarı

Avropa İttifaqı (Aİ) Baş Məhkəməsi, Adidas-ın 3 xətli loqosunun fərqləndirici xarakter daşımadığı və bu səbəbdən də ticarət markası olmadığı barədə qərar çıxarıb. Loqodan hər kəsin istifadə etməsinə qərar verilib.

Mərkəzi Lüksemburqda yerləşən, Aİ-nin ən ali məhkəməsi Avropa Ədalət Divanına daxil olan Baş Məhkəmə, Almaniynın idman geyim və ayaqqabı şirkəti Adidasın loqosu haqqında qərar çıxarıb.

Məhkəmə, hər hansı bir istiqamətdə tətbiq olunan üç paralel xətdən ibarət olan Adidas loqosunun fərqləndirici xarakter daşımadığı və bu səbəbdən də ticarət markası olmadığına qərar verib.

Ən sərfəli kredit üçün müraciət et

Adidas, sözügedən loqosunu 2014-cü ildə Avropa İttifaqı Əqli Mülkiyyət Ofisində ticarət markası olaraq qeydiyyatdan keçirtmişdi. Bir Belçika şirkəti isə 2016-cı ildə sözügedən qeydiyyatı ləğv etdirmişdi. Adidas, ləğv qərarına qarşı hüquqi proses başlatmışdı.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et