Avropada “Libra” kriptovalyutası QADAĞAN EDİLİB | Banco.az

Avropada “Libra” kriptovalyutası QADAĞAN EDİLİB

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını blok edəcəklərinə dair birgə bəyanat veriblər.

Fransanın maliyyə naziri Bryuno Le Mer deyib ki, “Facebook”un yeni kriptovalyutası Avropa ərazisində blok edilməlidir. O, bu valyutanın ölkələrin müstəqilliyinə təsir etməsindən və maliyyə risklərinə səbəb olmasından narahatdır. Almaniya hökuməti də bu bəyanatı dəstəkləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirək ki, “Facebook” sosial şəbəkəsi 2019-cu il iyunun 18-də “Libra” kriptovalyutasını təqdim edib. “Libra” valyutasının elanı investorların kriptovalyuta sferasına marağını geri qaytarıb: son iki həftə ərzində “Bitcoin”in məzənnəsi 13 min dollaradək yüksəlib.

ictnews.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et