Avropada gənclərin çoxu BİZNES qurmaq arzusundadır | Banco.az

Avropada gənclərin çoxu BİZNES qurmaq arzusundadır

Avropada gənclərin əksəriyyəti iş qurub bizneslə məşğul olmaq arzusundadır. 

Avropa İttifaqında maliyyə bazarlarının öyrənilməsi üzrə ixtisaslaşmış "Provident Penz" şirkəti 7 ölkədə: Litva, Çexiya, Macarıstan, Danimarka, Polşa, Rumıniya və İspaniyada sosioloji tədqiqat aparıb. Araşdırmaya görə, maliyyə xidmətləri sahəsində öz startap layihələrini istifadəyə verməyə, bu sahədə biznes fəaliyyətinə başlamağa hazır olan gənclər üçün iş seçimində yüksək əməkhaqqı və sərbəst iş saatları ən mühüm amillərdir.

Ən sərfəli kredit üçün müraciət et

18-25 yaşlarında 500 respondentin iştirak etdiyi sorğu nəticəsində məlum olub ki, gənclərin 70 faizi sahibkarlığı öz gələcək fəaliyyət sahəsi hesab edir. Respondentlərin 50 faizi şəxsi və ya korporativ maliyyə vəsaitlərinin idarə olunması üçün ixtisas təhsili almağı zəruri hesab edir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et