Avropada avtomobil satışı azalıb | Banco.az

Avropada avtomobil satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqında (Aİ) yeni avtomobil satışları mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 5,2 faiz azalıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) mart ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ ölkələrində yeni avtomobil satışları ötən ay 2023-cü ilin eyni ayına nəzərən 5,2 faiz azalaraq 1 milyon 31 min 875 ədədə düşüb. Beləliklə, Aİ-nin yeni avtomobil bazarında bu il ilk dəfə olaraq eniş baş verib.

Sözügedən azalmaya Pasxa tətili və bazarın zəifləməsi səbəb olub.

Qeyd edək ki, satılan yeni avtomobillərin 35,4 faizi benzin, 29 faizi hibrid, 13 faizi elektrik, 12,4 faizi dizel, 7,1 faizi plug-in hibrid, 3 faizi isə digər yanacaq növlərindən istifadə edən avtomobillər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et