Avropa İttifaqının yeni maliyyə qaydaları təsdiqlənib | Banco.az

Avropa İttifaqının yeni maliyyə qaydaları təsdiqlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Parlamenti (AP) Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət xərclərinin və büdcə kəsirlərinin azaldılmasına yönəlmiş yeni maliyyə qaydalarını təsdiqləyib.

Banco.az xəbər verir ki, AP Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Aİ-nin yeni maliyyə qaydaları səs çoxluğu ilə qəbul edilib.

Yeni qaydalara əsasən, üzv ölkələrin dövlət borcları və büdcə kəsirləri mərhələli, davamlı və böyüməyə uyğun şəkildə azaldılacaq.

Rəqəmsal və yaşıl transformasiya, sosial və müdafiə xərcləri də daxil olmaqla müəyyən strateji sahələrə investisiyalar qorunacaq. 

Komissiya dövlət borcunun ÜDM-in 60 faizindən çox olduğu və ya dövlət kəsirinin ÜDM-in 3 faizindən çox olduğu üzv ölkələrə istinad trayektoriyaları təqdim edəcək. Dövlət borcunun ÜDM-in 90 faizindən çox olduğu ölkələr onu ildə orta hesabla 1 faiz, 60 faizi keçən ölkələr isə orta hesabla 0,5 faiz azaldacaq.

Ən sərfəli kredit üçün müraciət et

Büdcə kəsiri ÜDM-in 3 faizindən yuxarı olan ölkələr bu kəsiri azaltmalı olacaqlar. 

Qeyd edək ki, sözügedən yeni qaydalar üzv dövlətlərin təsdiqindən sonra Aİ-nin rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et