Avropa İttifaqı "Amazon" firması ilə razılıq əldə edib | Banco.az

Avropa İttifaqı "Amazon" firması ilə razılıq əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı rəqabət məsələləri ilə bağlı “Amazon”la ortaq məxrəcə gələ bilib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası və ABŞ-ın e-ticarət şirkəti “Amazon” arasında məlumatların istifadəsi və satıcılara bərabər münasibətlə bağlı rəqabət araşdırmalarında razılıq əldə edilib.

Məlumatların istifadəsi ilə bağlı narahatlıqlara toxunan bəyanatda deyilir ki, “Amazon” öz bazarında müstəqil satıcıların fəaliyyətləri ilə bağlı və ya onlardan əldə edilən gizli məlumatlardan istifadə etməməyi öhdəsinə götürüb.

“Amazon”un bütün satıcılara bərabər davranmaq və bu sahədə ikinci təklifi platformanın “indi al və səbətə əlavə et” düyməsi kimi tanınan “Al Qutusu” seçimində göstərmək öhdəliyini qeyd edən firma satıcılara öz xidmətləri ilə yanaşı digər çatdırılma şirkətlərini seçməyi də təklif edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin bildirilib ki, Aİ Komissiyası bu öhdəlikləri pozacağı təqdirdə “Amazon”a ümumi dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq edə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et