Avronun bahalaşa biləcəyi proqnozları aktualdır | Banco.az

Avronun bahalaşa biləcəyi proqnozları aktualdır

Dünya iqtisadiyatında artan risklər dünya valyuta birjalarında dollar və avroda dalğalanmanı artırmaqla, qızıla olan tələbi də artırır.

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamalarından sonra EUR/USD 0.7% azalıb. Bununla yanaşı, Amerika Mərkəzi Bank sədrinin çıxışları da dolların qiymətində dalğalanmalara səbəb olmaqdadır. Təhlilllər onu göstərir ki, avronun qiyməti 1.1540$-ın üzərində möhkəmlənərsə, 1.1620$-a kimi də bahalaşa biləcəyi proqnozları aktualdır.

 

Ən sərfəli kredit üçün müraciət et

Qızılda bahalaşma. 

Əlvan metallar bazarlarında da qızılın qiymətində növbəti bahalaşma dalğası proqnozları güclü olaraq qalır. Beləliklə, qızılın bir unsiya üzrə qiyməti 1298$-ı yuxarı istiqamətdə qırarsa, 1326$-a kimi də dəyər qazana bilər.

Bu gün Bakı vaxtı ilə saat 17:30-da yayımlanacaq Amerikanın inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et