Avro üstündə "dava" düşdü | Banco.az

Avro üstündə "dava" düşdü

Belçikanın "Vaterloo" müharibəsinin 200 illiyi münasibəti ilə hazırlatdığı 2 avroluq xatirə sikkəsi rəsmi Parisin hiddətinə səbəb olub. Fransa belə bir pul buraxılmasının qarşısını alıb.

Qeyd edək ki, 1815-ci ildə Belçikanın paytaxtı Brüsselin yaxınlığındakı Vaterloo qəsəbəsində fransız sərkərdəsi Napoleon məğlubiyyətə düçar olub. Bundan sonra bölgədə intensiv şəkildə davam edən döyüşlərin dayandığı və Avropada sənaye dövrünün başladığı bildirilir.

Fransa isə rəsmi Brüsselə yazdığı məktubda "Vaterloo" döyüşünün adi bir müharibə olmadığını bildirib.

Məsələyə münasibət bildirən Avropa İttifaqında da bu sikkənin iki ölkə arasında gərginliyə səbəb olacağı fikri hakim olub.

Ən sərfəli kredit üçün müraciət et

Təzyiqlər qarşısında 180 min ədəd 2 avroluq sikkəni topladan Belçika "Vaterloo" döyüşünün 200-cü ildönümünü yad etmənin başqa bir yolunu tapıb. Belə ki, Avrozona ölkələri 1 və 2 avro kimi bütün zonada tədavüldə olan pulların xaricində pul hazırlatmaq hüququna malikdir. Belçika da bu hüququndan istifadə edərək "Vaterloo" döyüşünün xatirəsinə 2.5 avroluq pullar buraxdırıb.

70 000 ədəd hazırlanan pullar sadəcə Belçika daxilində qüvvədə olacaq. Bunun əksəriyyətinin isə kolleksiyaçılar tərəfindən ələ keçiriləcəyi düşünülür. 6 avrodan satılan pulların üstündə "Vaterloo" döyüşünün rəmzi hesab olunan şir kurqanı abidəsinin şəkli var.

Məsələni şərh edən Belçikanın maliyyə naziri Van Overtveldt məqsədlərinin heç də Fransanı təhqir etmək olmadığını deyib. 

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et