Avro ilə dolların bərabərləşəcəyi proqnozlaşdırılır | Banco.az

Avro ilə dolların bərabərləşəcəyi proqnozlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avro ilə dolların bərabərləşəcəyi ilə bağlı proqnozlar artmaqdadır.

Banco.az xəbər verir ki, “Bank of New York Mellon” və Almaniyanın “LBBW” də daxil olmaqla bəzi banklar xəbərdarlıq edir ki, Avropa Mərkəzi Bankı (ECB) ilə FED arasında faiz dərəcəsinin endirilməsi yolunda fikir ayrılığı avronun məzənnəsinin ucuzlaşmasına səbəb olacaq.

“Bank of New York Mellon”un baş strateqi Cefri Yu Avro/Dollar məzənnəsinin bu il 1 səviyyəsinə düşə biləcəyini və bankın cümə axşamı faiz dərəcələrinin azaldılması ehtimalını istisna etmədiyini bildirib.

“LBBW”nin baş iqtisadçısı Moritz Kraemer FED-in faiz dərəcələrini azaltmadığı bir mühitdə ECB faiz dərəcələrini aşağı salarsa, məzənnənin sürətlə bərabərləşəcəyini söyləyib. Bank avronun 2025-ci ildə 1,01 səviyyəsinə düşəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, “Bloomberg” nəşrinin sorğusunda iştirak edən strateqlərin heç biri əsas senaridə 1 avronun 1 dollara bərabərləşəcəyini proqnozlaşdırmayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et